bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Yağlarla bağlı 30 illik təbliğat: Görün necə aldadılmışıq...

6-03-2024, 10:09 6 dəfə baxılıb

Yağlarla bağlı 30 illik təbliğat: Görün necə aldadılmışıq...




Satışda yerli istehsal məhsullarının üstünlük təşkil etdiyi sahələrdən biri də yağ sektorudur. Gündəlik qida rasionumuzda müxtəlif mənşəli yağlardan istifadə etmək sağlamlığımız üçün əsas şərtlərdən biridir. Dünyada səhiyyənin inkişaf etməsinə baxmayaraq, müasir elm bir neçə xəstəliyin qarşısında hələ də acizdir. Bəzi xəstəliklərin yaranma səbəbi qida məhsullarının keyfiyyətsiz olması ilə əlaqələdir. Bu sırada yağlar üstünlük təşkil edir.

Həm bitki, həm də kərə yağlarından istifadə edən böyük bir kütlə var. Dünyada 80-ci illərdə, Azərbaycanda isə 90-cu illərdə bitki yağı ilə bağlı təbliğat başlamışdı. İnsanlara kərə yağının zərərli olduğu, bitki yağının (qarğıdalı, günəbaxan, zeytun yağı) isə orqanizm üçün faydalı olduğu söylənilirdi. Hazırda isə bitki yağlarından çox kərə yağlarının təbliğatı gedir. Maraqlıdır, bu yağlardan hansı sağlamlığımız üçün daha faydalıdır?

Məsələ ilə bağlı Publika.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, burada əsas məsələ reklamdır:

“Hazırda kərə yağının reklamına daha çox rast gəlirik. Bu yağı ölkəyə gətirənlər maddi imkanlarından istifadə edərək daha çox reklam edirlər. Nəzərə almaq lazımdır ki, dədə-baba vaxtından daim kərə yağına üstünlük vermişik. 1990-cı illərdə bitki yağı yenilik kimi gəldi. Daha sonra isə Azərbaycanda bitki yağı istehsalı başladı. Hətta kərə yağı dadı verən bitki yağları da istehsal olunurdu. Buna görə də bitki yağının nə qədər reklam və təbliğatı aparılsa da kərə yağının əhalinin istifadəsində xüsusi yeri var. Bu yağ bizə bir köynək daha yaxındır. Bəzən görürük ki, səhiyyə və tibbi nöqteyi-nəzərdən təbliğatı aparılır”.

Tədqiqatçıların araşdırmasına görə, “zərərli yağlar” hüceyrə membranlarını dağıdaraq məhv edir. Britaniyalı ekspertlər yeməklərin hazırlanmasında istifadə edilən bitki yağlarının ziyanlarını araşdırıb. Nəticələr isə faciəvidir. Xolesterolu azaltdığı deyilən bitki yağları əksinə, piylənmə yaradır, ürək probleminə, ikinci dərəcəli şəkər və xərçəng xəstəliyinə səbəb olur. Odur ki, ekspertlər yemək bişirərkən duru yağ yox, kərə yağından istifadə etməyi məsləhət görür.

Qida üzrə mütəxəssis Ağa Salamov hər iki yağın faydaları haqqında danışıb.

O əlavə edib ki, bitki yağları doymamış, kərə yağı isə doymuş yağdır:

“Doymuş yağların zərərli və zərərsiz olanları da var. Misal üçün, marqarinlər, trans yağlar, fritur yağları zərərlidir, çünki bunlar sanki bir plastik şəklində insan orqanizminə daxil olur. Bu isə qaraciyər piylənməsinə, ürək-qan-damar və mədə-bağırsaq sistemlərinin pozulmasına səbəb olur. Bunun sonu xərçəngdir. Çox vaxt mütəxəssis bunun ziyan olduğunu deyir, amma nə yemək lazım olduğunu söyləmir. Biri palma yağını pisləyir, digəri tərifləyir. Çünki dərindən araşdırma yoxdur.

Palma yağının hidrogenlə doydurulmuş versiyasını 250 dərəcəyə çatdırıb, rəng və qoxusun dəyişib, ona hidrogen püskürdüb və doymuş yağa çevirəndə, rəngləndirici və dadlandırıcılar da əlavə etdikdə, trans yağ olur. Artıq bu yağ ziyandır. Lakin palma yağı kosmetik məhsullarda faydalıdır. İnsan əli ilə hazırlanan yağlar zərərlidir. 25 litr süddən əldə olunan bir kiloluq nehrə yağı faydalıdır, amma onun saxlama şəraiti digəri ilə müqayisədə çox çətindir. Məsəlın, bu trans yağlar aylarla vitrində qalır. Heç böcəklər belə ona yaxınlaşmır. Amma nehrə yağını üç gün saxlaya bilərsiz, sonra isə dondurucuya yerləşdirilməlidir".

Mütəxəssis qeyd edib ki, heyvan mənşəli yağlar olduqca faydalıdır: "Quzu, mal əti tipli ətləri quyruq yağında, balıq və toyuğu kərə yağında bişirmək lazımdır. Bitki yağlarına gəlincə isə onların şahı zeytun yağıdır. Mədə-bağırsaq florası üçün çox faydılıdır. Ürək-qan-damar sisteminin bir nömrəli dostudur. Zeytun yağı ilə hazırlanan salatların da öz xüsusi faydaları var. Ümumiyyətlə, zeytun yağının faydaları tükənməzdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930