Türkiyəni silkələyən qatilə hökm oxundu - Neçə il həbs yatacaq?
Türkiyənin İzmir şəhərində taksi sürücüsü Oğuz Ergeni 3 güllə ilə öldürən Delil Aysalın məhkəmə prosesi keçirilib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərara əsasən, təqsirləndirilən şəxs Delil Aysal ömürlük (30 il) və 17 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə fevralın 1-də baş verib. O. Erge yol kənarında dayanan D.Aysalı soyuqda üşüməsin deyə avtomobilinə əyləşdirib. Arxa oturacaqda oturan D.Aysal isə sürücüyə tapança ilə atəş açaraq onu ağır yaralayıb. Bununla da kifayətlənməyən D. Aysal avtomobildən düşərkən ona “heç kimə inanmayacaqsan, dayı” deyib. Ağır yaralanan iki uşaq atası O.Ergenin həyatını xilas etmək mümkün olmayıb. O, hadisədən 2 gün sonra vəfat edib.
Türkiyəni sarsıdan qətl hadisəsi sosial şəbəkələrdə günlərlə müzakirə edilib.