Günəş sistemində üç yeni peyk aşkarlandı
"Subaru teleskopu"nun köməyilə Günəş sistemində üç yeni peyk aşkarlanıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Milli Astronomiya Rəsədxanasının alimləri digər ölkələrdən olan həmkarları ilə birlikdə yeni kəşf ediblər.
Tapılan peyklərdən biri Uranın, ikisi isə Neptunundur.
Peyklərinin ümumi sayı 28-ə çatan Uranın yeni tapılan S/2023 adlı peykinin diametri cəmi 8 kilometrdir.
Neptunun yeni kəşf edilən 23 kilometrlik parlaq peykinin (S/2002 N5) orbital yolu 9 ildir. Digər peyk (S/2021 N1) isə 14 kilometr ölçüdədir və planetin ətrafında orbitini tamamlamaq üçün təxminən 27 il fırlanır.
Qeyd edək ki, kəşflə bağlı məlumat Yaponiya Milli Astronomiya Rəsədxanasının rəsmi saytında dərc olunub.