bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Bakının tələb etdiyi kəndlərdən ikisi onsuz da Azərbaycanın nəzarətindədir” - Paşinyan

21-03-2024, 09:17 0 dəfə baxılıb






Bakının tələb etdiyi iki kənd Azərbaycanın nəzarətindədir.

Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən deyib.

O, müxalifətin Tavuş rayonunun 4 kəndinin Azərbaycana verilməsi ilə bağlı iddialarını təkzib edərək, müzakirə olunan ərazilər arasında belə yaşayış məntəqələrinin olmadığını bildirib.

“Bu sahə öz spesifikliyinə və demarkasiyasına görə ən çətin ərazidir. Ermənistan hökuməti bu ərazidən delimitasiya prosesinə başlamağa hazırdır. Məsələ kəndlərin özlərinə deyil, onların qarşısındakı sərhədin müəyyənləşdirilməsinə aiddir”, - deyə hökümət başçısı bəyan edib.

Onun sözlərinə görə, bu hissədə Ermənistan tərəfdə Bağanıs kəndi, Azərbaycan tərəfdə isə Bağanis-Ayrım kəndi yerləşir və bunlar fərqli kəndlərdir.

“Ermənistan tərəfində olan Voskepar (Əskipara) kəndi qarşısında, sərhəddə azərbaycanlıların Aşağı-Əskipara yaşayış məntəqəsi var. Ermənistanın Kirants kəndinin qarşısında Azərbaycanın Xeyrimli, Ermənistan tərəfdən Berkaberin qarşısında isə Qızıl Hacılı kəndi yerləşir. Eyni zamanda, Qızıl Hacılı həm bu gün, həm dünən, həm də 20 il əvvəl Azərbaycanın nəzarətində olub. Ermənistan hökuməti istəsə belə, onu təslim edə bilməz, bu yaşayış məntəqəsi həmişə Bakının nəzarətində olub”, - deyə Paşinyan vurğulayıb.

Bundan əlavə, hökumət başçısının sözlərinə görə, Aşağı Əskipara kəndi də Azərbaycanın nəzarətindədir.

Paşinyan vurğulayıb ki, delimitasiya zamanı Voskepar (Əskipara) kəndinin təhlükəsizlik məsələləri müzakirə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031