bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

23-03-2024, 11:00 0 dəfə baxılıb






İsrail Müdafiə Nazirliyi yanında Regionlarda Hökumət Fəaliyyətlərinin Koordinasiyasının internet saytında dərc edilən məlumatlara görə, Türkiyə İsrailin hücumları altında olan Qəzza zolağına ən çox humanitar yardım çatdıran ikinci ölkə olub.

Publika.az xəbər verir ki, İsrailin çox az miqdarda daxil olmasına icazə verdiyi yardımların 27 faizi Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ), 19 faizi isə Türkiyədən göndərilib.

Bundan əlavə, Qəzza zolağına girməyə icazə verilən 74 təcili tibbi yardım maşınından 7-si Türkiyə tərəfindən bağışlanıb. Türkiyə, Misir və BƏƏ-nin koordinasiyası ilə 3204 xəstə və yaralı Qəzza zolağından ölkə xaricində müalicə olunmaq üçün təxliyə edilib.

Türkiyə İsrailin hücumları başlayandan bəri Misirlə koordinasiyalı şəkildə Qəzzaya hərtərəfli humanitar yardım çatdırmağa davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930