Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?
“Crocus City Holl”da terror aktı ilə bağlı iki müttəhimə qarşı ittiham irəli sürülüb və onları ömürlük həbs gözləyir.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Moskvanın Basman məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, iş üzrə təqsirləndirilən şəxslər Raçabalizoda Saidakrami Murodali və Mirzoev Dalerjon Barotoviç mütəşəkkil dəstənin tərkibində adam ölümü ilə nəticələnən terror aktı törətməkdə ittiham olunublar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi). Bu maddənin maksimum sanksiyası ömürlük həbsi nəzərdə tutur.
Bu gün məhkəmə müstəntiqlərin həbsi ilə bağlı vəsatətlərə baxacaq.