bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Müstəqil Azərbaycanın inkişaf yolu

23-05-2019, 08:15 229 dəfə baxılıb

Müstəqil Azərbaycanın inkişaf yolu

Şahismayıl Rüstəmov,
Bakı şəhəri 48 nömrəli tam orta məktəbin direktoru


Bu gün ulu öndəri tanıyan hər bir insan Heydər Əliyev şəxsiyyətinin ucalığı barədə fıkir yürütməyə ehtiyac duyur. Ümummilli liderin parlaq şəxsiyyəti ilə bağlı ən müxtəlif fikir və mülahizələr, xoş xatirələr isə sonda bir nöqtədə birləşir: Heydər Əliyev həyatını istisnasız olaraq Azərbaycana həsr etmişdi! Bu böyük insan haqqında deyilən sözlər yalnız ifadə üslubuna görə fərqlənir, məzmunsa Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün ən müxtəlif tərəflər üzrə ifadəsindən ibarətdir. Onun böyüklüyünü indi hər kəs etiraf edir, illər keçdikcə daha dərindən anlayır. Çağdaş tariximizin görkəmli siması, böyük siyasətçisi olan Heydər Əliyev bu gün milyonlarla insanın xatirəsində ideal şəxsiyyət kimi yadda qalıb. Azərbaycanın yeni və ən yeni tarixi də məhz onun müəllifliyi ilə yaranıb. Ulu öndər dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara daxilən bağlı olub. Azərbaycanın ən məşhur isimlərinin malik olduğu ali keyfiyyətlər küll halında Heydər Əliyev dühasının kamil şəxsiyyətində təcəssümünü tapır. Ümummilli lider unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən ideoloji-siyasi irsin müəllifi kimi əbədiyaşarlıq qazanıb. Heydər Əliyev zaman etibarilə dövlətçilik tariximizin yalnız 39 ilinə sahiblik edir. Fəqət əsrin üçdə birini ehtiva edən bu zaman kəsiyinin mahiyyətində xalqın minilliklərlə intizarında olduğu ideallar, niyyətlər, arzular gerçəkliyə çevrilib.
Möhtərəm Heydər Əliyevin hakimiyyətə qayıdışı və iyulun 15-də Ali Sovetə sədr seçilməsi xalqımızın tarixində yeni eranın təməli olmaqla Qurtuluş bayramına çevrildi. Xalq 1988-ci ildən düçar edildiyi faciələrdən birdəfəlik xilas oldu. Barıt çəlləyini xatırladan respublikamız anarxiyadan qurtularaq əməkdaşlıq bölgəsinə çevrildi.
Heydər Əliyev hər cəhətdən qibtə edilən şəxsiyyət idi. O, Azərbaycanın idealogiyasını yaratdı.
1993-cü ilin iyunundan başlayaraq bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də tənəzzülün, təhlükəli, dağıdıcı meyllərin qarşısı alındı. Milli təhsil sisteminin bərpası və yeni şəraitin tələblərini uyğun olaraq inkişaf etdirilməsi üçün əlverişli siyasi, iqtisadi, hüquqi mühit yarandı. Belə bir konsepsiya, strateji xətt hazırlanıb həyata keçirilməyə başlandı. Dövlətin, dövlətçiliyin təməl prinsipləri içərisində milli təhsil və bəşəri elm müstəsna yer tutmalıdır. Heydər Əliyevin milli müstəqillik, milli dövlət quruculuğu strategiyasında isə belə bir ideya əsaslandırıldı ki, dövlət müstəqilliyinin əbədiliyinin, vətəndaş cəmiyyətinin demokratik inkişafının magistral və hamar yolu yalnız və yalnız milli təhsildən keçir. Təhsil dövlətin təməl daşı, millətin gələcəyidir. Buna görə də, təhsilə, elmə, mədəniyyətə qayğını dövlətin əsas strateji xətti kimi ön plana çəkdi. Bu gün ümummilli liderimiz Heydər Əliyevin başladığı işlərin uğurlu davamını gördükcə çox sevinirik.
Heydər Əliyevin xidmətlərindən biri də özündən sonra hazırladığı siyasi varis, qətiyyətli və enerjili prezidentimiz zati-aliləri cənab İlham Əliyevdir.
Bu gün İlham Əliyevin həm daxili, həm də xarici siyasətdə uğurlu fəaliyyəti bizə deməyə əsas verir ki, Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir. O, 30 il Azərbaycana rəhbərlik etmiş bir şəxsiyyətdir, onun fəaliyyəti dövrünə hələ çox qiymətlər veriləcək. Öz xalqı üçün ömrünün qalan hissəsini bağışlayan, yeni müstəqil Azərbaycan dövlətini xalqımıza miras qoyan bir milli qəhrəman kimi daim qəlbimizdə yaşayacaq.
Heydər Əliyevin şöhrəti Azərbaycanın sərhədlərindən çox-çox uzaqlara yayılmışdır. Fəqət, onun fatehliyi gücün, silah-sursatın, ölkəsinin maddi-texniki, hərbi qüdrəti sayəsində qazanılan fatehlik deyildir. Onun fatehliyi sözün, zəkanın, müdrikliyin qüdrətidir. Zor, istila gücünə qurulan xanimanlar, səltənətlər heç vaxt zamanın gərdişi qarşısında duruş gətirə bilməmişlər. Heydər Əliyev isə böyük Füzulinin təbirincə desək, müdriklik mülkünün sultanı idi. O, layiq olduğu dünyaşöhrətini bir sıra fenomen qabiliyyəti - uzaqgörənliyi, zamanı, hadisələrin məntiqi axarını qabaqlayan ideyaları, mütərəqqi dünyagörüşü, müxtəlif mədəniyyətlərə daxilən açıq olması, tolerant yanaşması, sülhsevər siyasəti sayəsində qazanmışdır. Sirr deyil ki, dünyanın əksər dövlətlərinin liderləri təmsil etdikləri ölkələrin böyüklüyünə, iqtisadi, hərbi gücünə görə tanınırlar. Lakin Heydər Əliyev dərin zəkası, uzaqgörənliyi, mahir siyasətçi kimi manevr imkanlarının sərhədsiz olması və digər nadir keyfiyyətləri ilə bu fikri tamam alt-üst etdi. O, kiçik bir respublikaya rəhbərlik etsə də, adı dünyanın ən iri dövlətlərinin rəhbərlərinin, beynəlxalq miqyasda xüsusi çəkisi olan siyasətçilərin siyahısında çəkilir. Bu isə, əlbəttə ki, hər siyasətçiyə xas olmayan xoşbəxtlikdir.
Zaman ötdükcə böyük şəxsiyyətlərin tarixdəki xidmətləri daha aydın görünür. Heydər Əliyevin əbədiyyətə qovuşmasının üstündən illər ötdükcə onun xalqın rifahı, vətənin möhkəmlənməsi, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması üçün nə qədər böyük işlər gördüyü daha aydın dərk olunur. Ümummilli lider Heydər Əliyev ömrünün altmış illik fəaliyyəti ərzində dövlət işinin mürəkkəb yolunu keçmiş, həmişə də Azərbaycana tükənməz sədaqətini qoruyub saxlamış, millı mənafeyi hər şeydən üstün tutmuşdur. Heydər Əliyevi bir lider kimi səciyyələndirən bu iki mühüm cəhət ulu öndərin müdrikliyi ilə tamamlanırdı ki, bu da onu təkrarsız, bənzərsiz bir şəxsiyyətə çevirirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930