bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu gün Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək

23-07-2024, 10:21 0 dəfə baxılıb




Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 ailə üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

Oxu.Az xəbər verir ki, ötən məhkəmə iclasında Əhməd Əhmədov törətdiyi cinayətdə özünü təqsirli bilsə də, ifadə verməkdən imtina edib.

Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30