bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Meyvələrdən keçən xərçəng! - Bunu etsəniz...

23-07-2024, 10:21 5 dəfə baxılıb






Tarlalarda meyvə və tərəvəzləri qorumaq üçün pestisidlər adlanan dərmanlardan istifadə olunur. Bu dərmanların istifadəsinə heç bir qanuni qadağa olmasa da, onların həddindən artıq istifadəsi sağlamlığa ciddi ziyan vurur.

Publika.az xəbər verir ki, meyvə və tərəvəzlərdə istifadə edilən pestisidlərin yaratdığı böyük təhlükə çox vaxt gözardı edilir. Mütəxəssislər isə bildirirlər ki, onları yaxşıca yumadan istehlak etmək olmaz. Çünki xərçəng pestisidlərin yaratdığı əsas təhlükələrdən biridir.

“Parkinson, müxtəlif xərçəng xəstəlikləri (xüsusilə süd vəzi, prostat və kolon xərçəngi), qidalanma ilə birbaşa əlaqəli olan xərçəng növləri yarana bilər. Toksik təsirlərinə görə, bu maddələr unutqanlığa, erkən yaşlanmaya, qida zəhərlənməsinə və ana bətnində körpəyə keçən genetik xəstəliklərə gətirib çıxara bilir”, - deyə ekspertlər xəbərdarlıq edirlər.

Bəs meyvə və tərəvəzləri xərçəngə səbəb olan maddələrdən necə təmizləmək olar?

Ən yaxşı təmizləyici vasitə sodadır. Sirkə əvəzinə sodadan istifadə etmək məsləhət görülür. Qidaları sodalı suda saxlamaq pestisidləri məhv edir. Mütəxəssislər meyvə-tərəvəzləri sodalı suda 15-30 dəqiqə saxlamağı tövsiyə edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930