Maqnit qasırğası yenidən Yeri bürüyəcək
G2 sinifli maqnit qasırğası həftənin sonunda avqustun 3-dən 4-nə keçən gecə baş verəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyasının proqnozunda deyilir.
Qasırğanın pik nöqtəsi Bakı vaxtı ilə saat 01:00-da baş verəcək.
Səhər saat 07:00-dan sonra maqnitosfer sakitləşəcək. Maqnit qasırğasının başlamasından bir gün sonra geomaqnit vəziyyət sabitləşəcək.
Avqustun 4-də maqnit qasırğası ehtimalı 30% təşkil edir. Bundan əlavə, avqustun 3-ü ərəfəsində maqnit qasırğası güclənə bilər. Bu hadisənin başvermə ehtimalı da 30%-dir.