bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

ABŞ və İran arasında gizli görüş: Netanyahunun hiyləsinə düşməyin - ŞOK Türkiyə detalı

5-08-2024, 12:30 2 dəfə baxılıb






İsrailin İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəni öldürməsi bölgədə gərginliyi artırıb. ABŞ nümayəndə heyətinin Türkiyə üzərindən gizli şəkildə İrana getdiyi iddia edilib.

Publika.az xəbər verir ki, bu barədə Küveytin “Al Ceride” qəzeti məlumat yayıb.

Xəbərdə ABŞ rəsmilərinin Ankaradan gizli şəkildə İrana gedərək “İsrailə hücum edib Netanyahunun hiyləsinə düşməyin” xəbərdarlığı etdikləri bəyan edilib.

2 saat davam edən kritik görüşdə rəsmilər İranın İsrailə hücum edəcəyi təqdirdə ABŞ-ın İsrailin yanında olacağını və onun müdafiəsinə dəstək verəcəklərini bildiriblər. Həmçinin ABŞ-ın böyük müharibə istəmədiyi vurğulanıb.

Görüşdə ABŞ nümayəndə heyəti İrandakı bəzi Mossad agentlərinin siyahısını xoşməramlılıq əlaməti olaraq İrana verib: "Biz anlayırıq ki, siz prestij üçün hücum edirsiniz. Amma böyütməyin. Əgər birlikdə nüvə razılaşması əldə etsək, Netanyahuya ən böyük zərbəni vurmuş olarsınız”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30