Rusiya Ukraynanın hücumu ilə bağlı BMT-yə müraciət göndərdi
Rusiya BMT-yə müraciət göndərərək Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində insan hüquqlarının pozulması ilə bağlı hərəkətlərinin pislənməsini tələb edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə vəhşicəsinə hücumu nəticəsində minlərlə dinc sakin yaralanıb.
"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından insan hüquqlarının kobud və kütləvi şəkildə pozulmasının qarşısını almaq üçün tədbirlər görməyi tələb edirəm”, - deyə Moskalkova vurğulayıb.