bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Alimlərdən şok xəbərdarlıq: Bu dənizi itiririk

16-08-2024, 12:43 0 dəfə baxılıb



Türkiyədə alimlər Mərmərə dənizində vəziyyətin getdikcə kritik həddə çatmaslı ilə bağlı xəbərdarlıq ediblər.

Publika.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilir ki, Orta Doğu Texniki Universiteti (ODTÜ) Dəniz Elmləri İnstitutundan 8 elm adamının qatıldığı "2024 Mərmərə Dəniz Ekspedisiyaları" adlı araşdırmanın birinci hissəsi yekunlaşıb.

Elmi komitə dənizdə dörd gün ərzində istiləşmə, çirklənmə, oksigen dəyərləri və cari istiqamətlər kimi bir çox parametri araşdırıb. Nəticəyə görə, dənizdəki oksigen səviyyəsində vəziyyət çox pisdir. Mərmərədə 30 metr dərinlikdən sonra demək olar ki, oksigenin qalmadığı və nümayəndə heyətinin bu vəziyyəti “koma” olaraq təyin etdiyi bildirilir. Onlar həmçinin heç bir balığın yaşaya bilməyəcəyi bir vəziyyətin yarandığını bildirib.

Türkiyə Elmlər Akademiyasının (TÜBA) Ətraf Mühit, Biomüxtəliflik və İqlim Dəyişikliyi İşçi Qrupunun Üzvü professor Doğan Yaşar vəziyyəti dəyərləndirib. O, dənizin əslində 1989-cu ildə çirklənmə baxımından doyma səviyyəsinə çatdığını qeyd edib: "80-ci illərin sonunda kritik həddə çatdı. 1992-ci ildə Mərmərə dənizində ilk partlayış baş verdi. Lakin daha sonra Mərmərə dənizi septik tank kimi istifadə olunurdu. Türkiyə əhalisinin əksəriyyəti Mərmərə bölgəsində yaşadığı üçün əhalinin tullantıları illərdir bura atılır."

Professor həll yolu ilə bağlı pessimist açıqlamalar verib: "Təhlükə aradan qalxmayacaq, uzun illər davam edəcək. 2021-ci ildən sonra planlar quruldu, bioloji təmizləyici qurğular hədəfə alındı, amma heç bir addım atıla bilməz. Bu, tamamilə Mərmərədən septik tank kimi istifadəmizdən irəli gəlir. Təəssüf ki, edilən xəbərdarlıqların heç biri nəzərə alınmadı”.

Heyətdə olan digər professor Mustafa Yücel də yaxınlaşan təhlükə ilə bağlı açıqlama verib: “Hidrogen sulfidli sular dibdə yığılmağa başlayan kimi, ehtiyat tədbirləri görülmədikdə, yavaş-yavaş xarab olacaq və yuxarı qalxacaq. Bu, qoxu, hidrogen sulfidli suların sahildə yuyulması və selikli qişanın əmələ gəlməsi deməkdir. Şərqi Mərmərədə nitratın yaxın 4-5 ildə tükənəcəyini müşahidə edirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30