Norveç və İslandiya arasında yerləşən Faroe adalarında təxminən 1 əsrdir davam edən adətə görə onlarla balina öldürülür.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən 2019-cu ildə 23 balina məhv edilib. Ətrafdaki insanların diqqətini çəkən balina qətliamının fotoları “Sea Shepherd” dərnəyinin üzvləri tərəfindən çəkilib.
Dərnək üzvlərinin bu dəhşətli adətin sonlandırmaq cəhdlərinə baxmayaraq kəndlilər bunun rəsmi olduğunu bildiriblər.
Bu il ərzində 10 dəfə kütləvi balina ovu edildiyi və 536 balinanın öldürüldüyü müəyyən olunub. Dərnək üzvləri kəndlilərə növbəti 10 il ərzində balina ovu etməmələri üçün 1 milyon avro (təxm: 1 milyon 900 min manat) pul təklif ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.