bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İlk Super Ay görünəcək - Rəsədxana tarixi açıqladı

16-08-2024, 12:44 1 dəfə baxılıb

İlk Super Ay görünəcək - Rəsədxana tarixi açıqladı


19 Avqust 22:26-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunacaq.

Bu barədə Publika.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, bu Super Ay Mavi Super Aydır. Ayın mavi çalarda görünməsi çox nadir hallarda vulkan püskürməsi zamanı yaranmış toz səbəbli baş verə bilər. Hazırda isə Populyar elmdə müxtəlif xalqların folkloru əsasında simvolik olaraq fəsli və aylıq Super Ayı ifadə etmək üçün istifadə olunur.

Fəsli Super Mavi Ay daha nadir baş verir, fəslin 4 bədrlənmiş Aydan 3-cüsü Mavi Ay adlanır. Aylıq Mavi Ay isə bir təqvim ayındakı ikinci bədrlənmiş Aya deyirlər. Bu dəfə müşahidə olunacaq Super Ay fəsli mavi Aydır.

Ayın orbiti tam dairə deyil, elliptik olduğundan, Yerlə Ay arasındakı məsafə daim dəyişir. Ay öz perigeyində bədrlənmiş Ay fazasına uyğun gələrsə, o zaman Super Ay müşahidə olunur.

Super Ay adlandırılan bu hadisə zamanı Ay 14% böyük və 30% parlaq görünür. 19 Avqustda Ay saat 19:41-də doğacaq və səhər saatlarınadək görünəcək və bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 km olacaq.

Qeyd edək ki, ilin sonunadək 18 sentyabr, 17 oktyabr və 15 noyabrda daha 3 Super Ay müşahidə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930