Lukaşenkonun bu sözləri erməniləri dəli etdi: görün nə tələb edirlər
Belarusun İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Buna səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun son açıqlamaları olub.
Bu barədə "Panorma.am" məlumat yayıb.
Ermənistanın “Respublika Naminə” partiyasının rəhbəri Arman Babacanyan komanda yoldaşları ilə birlikdə Belarus səfirliyi istiqamətində yumurta, pomidor və kartof atıb. Babacanyanın sözlərinə görə, onlar bu hərəkəti ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun “ermənilər özlərindən başqa heç kimə lazım deyil” dediyi bəyanatla bağlı erməni xalqının kollektiv fikrini bildirirlər.
Babacanyan bir neçə qüvvənin birgə bəyanatını oxuyub və Ermənistan Xarici İşlər Nazirliyindən Belarus səfirini çağırmağı tələb edib. Bəyanatda Ermənistan hakimiyyəti Lukaşenko vəzifəsindən azad edilənə qədər Belarusla diplomatik münasibətləri kəsməyə, səfir və digər diplomatları deportasiya etməyə çağırılır.
Xatırladaq ki, avqustun 19-da Aleksandr Lukaşenko Rusiya mətbuatına verdiyi müsahibədə Ermənistan hökumətini tənqid edib. Belarus prezidenti deyib ki, bəzi postsovet ölkələri əvəzində heç nə təklif etmədən Rusiyadan faydalanmağa çalışır. O, Ermənistana qarşı kobud ifadələr də işlədib:
“Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə. İqtisadiyyatlarını inkişaf etdirsinlər, ehtiyatlarına diqqət yetirsinlər. Hansısa Fransa, yoxsa Makron? Sabah o, orada olmayacaq və hamı Ermənistanı unudacaq. Ermənistan Rusiya ilə “bir qayıqdadır”. Əgər o qayıq batsa, birlikdə boğularaq”.