Bu ölkə Ukraynaya 1400 ədəd PUA göndərəcək
Latviya Ukraynaya təhvil verilməsi üçün pilotsuz uçuş aparatlarının (PUA) ən böyük partiyasının hazırlanmasını başa çatdırıb.
Publika.az xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds deyib.
O, Latviya istehsalçılarına məxsus 1400 PUA-nın hazırlandığını bildirib.
Qeyd edək ki, Latviya Ukrayna hakimiyyətinə təhvil verilməsi üçün təxminən 2,7 min pilotsuz təyyarə alıb.