Məntəqə sədri: "Füzuli şəhərində seçicilərin rahat səs vermələri üçün bütün şərait yaradılıb"
"İşğaldan azad edilən Füzuli şəhərində seçicilər dörd məntəqədə səs verirlər".
Bunu "Report"a açıqlamasında 84 saylı Füzuli seçki dairəsinin 75 saylı seçki məntəqəsinin sədri Ləman Məstalıyeva deyib.
Onun sözlərinə görə, seçki məntəqəsində seçici fəallığı müşahidə edilir:
"Milli Məclisə növbədənkənar seçkinin işğaldan azad olunmuş ərazilərimizdə də həyata keçirilməsi tariximizin ən əlamətdar ictimai-siyasi hadisələrindən biridir.
Füzuli şəhərində dörd seçki məntəqəsi fəaliyyət göstərir və hazırda 75 saylı məntəqədə də səsvermə prosesi davam edir.
Məntəqəmiz seçki qanunvericiliyinə uyğun olaraq, səhər saat 8-də açılıb. Gördüyünüz kimi, səsvermənin başladığı ilk dəqiqələrdən məntəqədə seçici fəallığı müşahidə olunur. Seçicilər sərbəst şəkildə səs verirlər".