bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

27 sentyabr Anım günü – şərəf və iftixar tariximiz

26-09-2024, 14:40 14 dəfə baxılıb




Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də müharibənin başlandığı 27 sentyabr tarixinin Anım Günü olaraq qeyd edilməsi ilə bağlı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncam imzaladı. Bu, şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətidir. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır. Qeyd edək ki, zəfərimizə Azərbaycan Ordusunun 2908 şəhidinin qanı bahasına nail olunub. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir və verməlidir.

Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Küçə, prospekt və meydanlarda, evlərin balkonlarında üçrəngli bayrağımız dalğalanır. Məscidlərdə, kilsələrdə, sinaqoqlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər. Artıq ikinci ildir ki, sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.

27 sentyabr 2021-ci il tarixində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində yürüş təşkil edildi. Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da yürüşdə iştirak etdilər.

Bu gün istər şəhid ailələri, istərsə də qazilərimiz hərtərəfli dövlət qayğıları ilə əhatə olunurlar. Hələ müharibənin ilk vaxtlarından Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitala baş çəkərək yaralı əsgərlərimizlə görüşür, onlarla söhbətləşir, müalicə şəraiti ilə maraqlanırdılar. “Mən hər zaman qazilərin yanında olacağam”, - deyən Prezident İlham Əliyev, əslində, cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini nümayiş etdirirdi. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində çoxşaxəli işlər həyata keçirilir. Bu, bir daha sübut edir ki, dövlətimiz hər zaman öz əsgərinin yanındadır

44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. Erməni mifi şanlı ordumuz tərəfindən məhv edildi, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar bir ömür boyu bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi.

Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Bu gün də revanşist hisslərlə yaşayan, vaxtaşırı baş qaldırmağa çalışan erməni cəmiyyəti və hakim dairələri bilməlidir ki: Dəmir yumruq yerindədir! İndiyədək ordumuz tərəfindən erməni separatçılarının fəaliyyətinin qarşısı necə fəallıqla alınıbsa, bundan sonra da alınacaq. Qarabağ Azərbaycandır!



Yaşar İbadov,
Alternativ psixologiya elminin banisi, tibbi biologiya elmləri doktoru, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930