bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Diqqət! Kiber təhlükə var - Telefonunuzda bu baş verirsə...

28-09-2024, 22:44 0 dəfə baxılıb



Son dərəcə təhlükəli kiber müdaxilə var. Vətəndaşların smartfonlarına daxil olaraq, bank hesablarından pulların çəkilməsi ilə bağlı şikayətlər artır.

Bu barədə İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkədə bildirib.

“Araşdırma və ilkin dəyərləndirmələrim göstərir ki, bu hücum növü ilə birbaşa smartfona müdaxilə olunur. Bu dələduzluq aktı deyil, kiber müdaxilədir. Smartfona quraşdırdığınız kənar tətbiqlər – “apk” faylları vasitəsilə bu müdaxilələrin olduğu ilkin ehtimaldır.

Vətəndaşlar ilkin olaraq telefonlarının söndüyünü, servisə aparıb, düzəltdikdən sonra isə bank hesablarında olan vəsaitlərinin hamısının çəkildiyindən şikayətlənirlər.

Qorunma üçün smartfonlarınıza kənar "apk" faylları yükləməkdən çəkinin”, - mütəxəssis qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031