bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Kupça"sız evlərin problemi tarixə qovuşur?

2-10-2024, 09:03 2 dəfə baxılıb



Azərbaycanda çıxarışı olmayan fərdi evlərin sayı yüzminlərlədir. Problemin səbəblərindən biri də belə evlərin yaşayış məntəqəsi yox, digər təyinatlı torpaqlarda tikilməsidir.

Nəticədə bu amil həmin ərazilərdə tikilən evlərin sənədləşdirilməsində problemə çevrilir.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 28-də imzaladığı fərmanla "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nı təsdiq edib.

Belə olan halda, adıçəkilən qayda bu məsələnin həllinə imkan verəcək?

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, yeni dəyişikliklə yaxın zamanda bu tipli əmlakların çıxarışlarının verilməsi mümkün olacaq.

"Sözügedən evlərlə bağlı müxtəlif sərəncam və fərmanlar olsa da, uzun illərdir prosesin həyata keçirilməməsinin əsas səbəbi torpaq sahələrinin təyinatının dəyişdirilməsi haqqında qərarın olmaması idi", - deyə ekspert əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930