bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiya İrandakı vətəndaşlarına ÇAĞIRIŞ ETDİ

2-10-2024, 09:06 2 dəfə baxılıb



İrandakı Rusiya vətəndaşları sosial şəbəkələrdə bədxahların yaymağa çalışdıqları panikaya boyun əyməməlidir.

Bu barədə Rusiyanın Tehrandakı səfirliyi məlumat yayıb.

“Ölkədə vəziyyət sakitlik və soyuqqanlılıq tələb edir. İran hava limanlarında fəaliyyətin bərpası ilə bağlı rəsmi qurumlardan rəsmi bildirişlər gözləyirik. Küçələrdə foto və video çəkməkdən çəkinməyinizi və bədxahların sosial şəbəkələrdə yaymağa çalışdıqları çaxnaşmaya uymamağınızı xahiş edirik”, - diplomatik missiyanın bəyanatında deyilir.

Həmçinin qeyd edilib ki, İrandakı səfirlik və bütün xarici qurumlar adi rejimdə işləyir.

Xatırladaq ki, ötən gün axşam saatlarında İran öz ərazisindən İsrailə kütləvi raket zərbələri endirib. SEPAH İsrailə raket atdığını təsdiqləyib və Təl-Əvivin hücuma cavab verəcəyi təqdirdə sərt cavab veriləcəyini vəd edib. Hücum nəticəsində İran raketləri İsrailin 20-dən çox F-35 təyyarəsini, həmçinin Aşkelon şəhərindəki qaz platformalarını vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031