bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

NATO Azərbaycanla sərhəddə nə planlaşdırır? - FTX-dən şok açıqlama

4-10-2024, 15:28 1 dəfə baxılıb



“Qərb İrəvan və Bakı arasında münasibətlərin nizamlanmasına kömək etmək adı altında NATO ölkələrindən “sülhməramlı” kontingenti Cənubi Qafqaza daxil etməyə çalışır”.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov deyib.

Bortnikov bildirib ki, amerikalılar və avropalılar açıq şəkildə Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlı deyillər.

“Məqsədləri bölgənin de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altına salınmasıdır. Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilmiş Avropa İttifaqının “müstəqil mülki müşahidə missiyası”nın məqsədi də konkret Rusiyaya qarşı NATO maraqlarına uyğun kəşfiyyat fəaliyyətinin həyata keçirilməsidir. Qərb güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistan hökumətini KTMT-dən çıxmağa sövq edir”, - o bildirib.

FTX direktoru qeyd edib ki, təcrübə NATO-nun Cənubi Qafqazda sabitliyə töhfə verməyəcəyini deməyə əsas verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031