Sərhədin delimitasiyası ilə bağlı sensasiyalı sənəd - Ermənilər detalları yayır
Ermənistanda Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası ilə bağlı sənəd yayımlanacaq.
Sənədi Ermənistanın müxalif “Birgə” hərəkatı dərc etməyə hazırlaşır.
Hərəkatın məlumatında deyilir ki, yayımlanacaq sənəd sensasiyalı olacaq.
“Sənədin dərci həyati əhəmiyyət kəsb edir. Sənəddə sensasiyalı məlumatlar yer alır və sərhədin müəyyən edilməsi prosesində yeni detallar ortaya çıxacaq. Oktyabrın 11-də keçiriləcək dəyirmi masada detallar açıqlanacaq”, - hərəkat iddia edib.
Hərəkatın iddiasına görə, Paşinyan hakimiyyəti Azərbaycanın sərhədlə bağlı tələblərini qəbul edib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sərhədin Qazax-Tavuş istiqaməti delimitasiya edilib. Nəticədə Qazaxın anklav olmayan 4 kəndi azad edildi. Sərhədin digər hissələrinin delimitasiyası ilə bağlı proses davam edir. Delimitasiya prosesində Kərki və Qazaxın anklav olan 3 kəndinin azad edilməsi gözlənilir.