bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Əliyev, Putin və Paşinyanın Moskvada gizli görüşü - Nələr razılaşdırılıb?

10-10-2024, 17:55 0 dəfə baxılıb



Moskvada Əliyev, Putin və Paşinyan arasında gizli görüş keçirilib.

Bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Nəşr yazır ki, gizli görüş oktyabrın 8-də səhər saatlarında baş tutub və bu haqda ictimaiyyətə məlumat verilməyib.

“BRİKS-in Kazanda keçiriləcək sammitində üçtərəfli görüş açıq şəkildə keçiriləcək. Moskvadakı gizli görüş buna hazırlıq məqsədi daşıyıb. Ermənistanın MDB xarici işlər nazirlərinin müavinlərinin görüşündə qəbul edilən iki bəyanata qoşulmaması Paşinyanın Qərb mərkəzləri qarşısında götürdüyü öhdəliklərə sadiq olduğunun görüntüsünü yaratmaq məqsədi daşıyır.

Məlumatlara görə, üçtərəfli görüşdən imtina edən də Ermənistandır. Lakin gizli görüşün olduğu və Kazanda açıq şəkildə davam etdiriləcəyi ilə bağlı razılığa gəlindiyi haqda məlumatlar var”, - nəşr iddia edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031