bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Taksilər avtobus zolağından istifadə edə bilər? - AÇIQLAMA

10-10-2024, 17:58 0 dəfə baxılıb



Taksilər avtobus zolağından istifadə edərsə, bu taksi sayının artmasına gətirib çıxaracaq.

Bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

O qeyd edib ki, qurum bunu indiki mərhələdə istəmir.

“Digər tərəfdən, taksinin zolaqdan istifadəsi ictimai nəqliyyat kimi fəaliyyət göstərməsinə imkan yaradır. Bu, o deməkdir ki, əgər kimsə taksi ilə zolaqla gedəcəksə və avtomobilin 3 nəfərlik oturacağı varsa, 3 avtomobil azalacaq.

Beş ay bundan əvvəl, ümumiyyətlə, bu haqda söhbət gedə bilmirdisə, "Toyota Prius" markalı, taksi xidməti göstərən avtomobillərin zolaqlara daxil olmasından sonra bu suallar səslənməyə başlayır.

İstərdik ki, 3 nəfər ayrıca avtomobilə oturub gəlməsin. Bu da mərkəzə daxil olan maşınların sayını azaldacaq”, -deyə sədr qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031