bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sülh sazişində 16 bənd razılaşdırılıb? - İrəvanın yeni hiyləsi

15-10-2024, 21:56 0 dəfə baxılıb



Ermənistan parlamentinin spikeri Alen Simonyan Cenevrədə iddia edib ki, Azərbaycanla sülh sazişinin 16 bəndi razılaşdırılıb.

Rəsmi Bakınının məsələyə reaksiyası yoxdur, hərçənd, razılaşdırılmayan bəndlər üzərindəki ziddiyyətli mövqe fonunda Simonyanın yalan danışdığı ehtimalı daha çoxdur. Çünki Azərbaycan sazişə paket formatında yanaşır və ötən həftə Prezident İlham Əliyev Moskvada “Bütün məsələlər razılaşdırıldıqdan sonra razılığa gəlmək olar” açıqlamasını verdi. Ötən bir həftədə nə Bakının, nə də İrəvanın mövqeyində korrektlər nəzərə çarpmayıb.

Simonyanın bu iddianı irəli sürməsi diplomatik hiylə xarakteri daşıyır və Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 149-cu Assambleyasında bunu dilə gətirməsi beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir. Ermənistan bu cür manevrlərlə razılaşdırılmayan bəndləri kənara qoymaq, razılaşdırılmış bəndlər üzərində saziş imzalamaq hədəfinə beynəlxalq dəstək qazanmaq niyyətindədir. Və belə bir iddia Bakının cavab zərurətini yaradacaq ki, bu da İrəvana “Azərbaycan sülhdən yayınır” rəyini yaratmaq imkanı verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031