bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Alimlərin qorxulu açıqlaması: Antibiotiklər təsirini itirir, 40 milyon adam ölə bilər

22-10-2024, 17:02 0 dəfə baxılıb



Müasir tibb narahatedici bir tendensiya ilə üzləşib - antibiotiklərin effektivliyi sürətlə azalır. Bunun səbəbi dərmanlara qarşı davamlı olan mikroorqanizmlərin sürətlə artan sayıdır.

Bu barədə Paul Erlix İnfeksion Terapiya Cəmiyyətinin prezidenti Matias Plets deyib.

"Biz müasir tibb nailiyyətlərini itiririk və penisillinin kəşfindən əvvəlki dövrə qayıdırıq", - deyə ekspert təəssüflənib.

Ekspertlər antibiotiklərin effektivliyinin azalmasının iki əsas səbəbini qeyd edirlər: COVID-19 pandemiyasından sonra turist səfərlərinin kəskin artması və hətta adi qrip, ya KRVİ-nin (kəskin respirator virus infeksiyaları) müalicəsi üçün əsassız antibiotik qəbulunun artması.

Alimlərin proqnozları ürəkaçan deyil: əgər tendensiya davam edərsə, 2050-ci ilə qədər dünyada antibiotiklərə davamlı infeksiyalardan təxminən 40 milyon insan ölə bilər. Artıq bu gün Avropa İttifaqında bu rəqəm ildə 35 min ölümü keçib.

Yeni antibiotiklərin çatışmazlığı və tədqiqatlara kifayət qədər maliyyə ayrılmaması vəziyyəti daha da ağırlaşdırıb. Son 18 ildə cəmi 12 yeni preparat təsdiq edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031