bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dünya səyyahlarının Xudafərin körpüsünə səfəri başladı

28-10-2024, 15:22 0 dəfə baxılıb



Dünya səyyahlarının işğaldan azad olunan ərazilərə səfəri davam edir.

Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın "Piki Reels" klubunun 33 nəfərlik səyyah qrupu Cəbrayıl rayonu ərazisində yerləşən tarixi abidəyə - Xudafərin körpüsünə gəliblər.

Daha sonra səyyahlar Füzuli rayonunda olacaqlar, ərazilərdə aşkarlanan mina və partlamamış silah-sursatların zərərsizləşdirilməsi prossesini izləyəcəklər.

Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfəri təşkil olunub. Bu səfərlərdə, ümumilikdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın "Piki Reels" klubunun bu səfəri sayca 12-cidir. Bu səfərlər işğaldan edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Heyət üç gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930