bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyənin COP29-dan gözləntiləri və hədəfləri

10-11-2024, 22:03 1 dəfə baxılıb



Azərbaycanda baş tutacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Türkiyənin gözləntiləri və hədəfləri açıqlanıb.

NTV kanalının reportajında Ankaranın COP29-da açıqlanacaq Türkiyənin uzunmüddətli iqlim dəyişikliyi strategiyasına dair yeni yol xəritəsinin işlənib hazırlamasından bəhs olunub.

Reportajda qlobal iqlim dəyişmələrinin bəşəriyyət üçün ciddi sosial və iqtisadi nəticələrinə diqqət çəkən Türkiyənin İqlim Dəyişmələri İdarəsinin rəhbəri professor Xəlil Hasarın rəyi yer alıb.

Onun fikrincə, Bakıda COP29 çərçivəsində müzakirələr daha fəal və uzunmüddətli olacaq ki, bu da NCQG-nin qəbul edilməsi ilə bağlıdır.

Türkiyənin İqlim Dəyişmələri İdarəsinin rəhbəri bildirib ki, COP29 çərçivəsində ölkə pavilyonunda çoxsaylı panel müzakirələri və digər tədbirlər keçiriləcək. Bu tədbirlərdə, həmçinin Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır tullantı” layihəsi ilə bağlı fikir mübadiləsi də aparılacaq.

“Azərbaycanda keçiriləcək iqlim sammitində Türkiyə ən yüksək səviyyədə təmsil olunacaq. Ankaranın 2053-cü ilə qədər atmosferə zərərli tullantıları sıfıra endirmək hədəfləri nəzərə alınmaqla Türkiyənin uzunmüddətli iqlim dəyişmələri strategiyasının yol xəritəsi açıqlanacaq”, - deyən X.Hasar COP29-un son dərəcə dolğun olacağına əminliyini ifadə edib.

Professor vurğulayıb ki, belə bir mühüm qlobal tədbirin qardaş Azərbaycanda keçirilməsi Türkiyənin üzərinə tədbirdə var qüvvəsi ilə iştirak etmək məsuliyyəti qoyur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930