bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Toya hazırlaşanlara məyusedici xəbər - Qiymətlər bahalaşacaq

9-11-2024, 22:06 0 dəfə baxılıb



Mütəxəssislər ilin sonuna qədər qızılın 3 min dollar olacağını proqnozlaşdırırlar və qısamüddətli enişdən sonra artım gözləntisi üstünlük təşkil edir.

Bəs Azərbaycanda qızıl bazarında qiymətlərdə hər hansı dəyişiklik gözlənilirmi?

Iqtisadçı Xalid Kərimli "Yenisabah"a açıqlamasında qızıl qiymətləri ilə bağlı suallara belə cavab verib:

"Bütün dünya üzrə qızıl qiymətlərində artım müşahidə olunur. Qızıl əmtəəsindən istifadə edilən bütün məhsulların qiymətlərinin qalxması gözlənilir. Dünya bazarında əmtəə birjalarında qızılın qiyməti qalxdıqca qızıl və zərgərlik məmulatları istehsal edən ölkələrdə bu məhsulların qiymətini artıracaqlar".

Xalid Kərimli ölkəmizə idxal olunan qızılın da qiymətində gözlənilən dəyişikliyi şərh edib:

"Azərbaycanda da idxal olunan qızıl məhsullarının qiyməti artacaq. Özümüzün də istehsal etdiyimiz zərgərlik məhsulları var ki, onların da qiymətlərində müəyyən dərəcədə artım gözlənilir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031