bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Yorğunluq, çəki artımı, saç tökülməsi və estetik qüsurlar - Həkim simptomların səbəbindən danışdı

Bugün, 09:19 0 dəfə baxılıb



"Yorğunluq, çəki artımı, dəri quruluğu, saç tökülməsi və estetik qüsurların peyda olması... Bütün bunlara qalxanvari vəzin xəstəlikləri səbəb ola bilər".

Bu barədə tanınmış rusiyalı həkim Andrey İsayev xəbərdarlıq edib.

Onun sözlərinə görə, qalxanvari vəz orqanizmdə maddələr mübadiləsinin və enerjinin tənzimlənməsində mühüm rol oynayır.

"Hipotiroidizm - yəni qalxanvari vəzin istehsal etdiyi hormonların səviyyəsinin azalması metabolizmin yavaşlamasına səbəb ola bilər. Bu isə yuxarıda sadaladığım simptomlara səbəb olur. Bundan əlavə, qalxanvari vəzin böyüməsi traxeya və qida borusunun ətraf toxumalarını sıxa bilər ki, bu da öz növbəsində tənəffüs və udma funksiyalarını çətinləşdirə bilər".

Mütəxəssis bildirib ki, qalxanvari vəzin ən təhlükəli xəstəliyi xərçəngdir.

"Qalxanvari vəzin bədxassəli şişi orqanın vəzi toxumasında formalaşan düyünlü törəmədir. Bu xəstələrdə aşağıdakı simptomlar yarana bilər: Vəzin və ya onun paylarından birinin böyüməsi, boğazda qəhər hissi, udma və tənəffüsün çətinləşməsi, quru öskürək, səsin tutulması".

Onun sözlərinə görə, həmçinin qalxanvari vəzin autoimmun xəstəlikləri də mövcuddur, məsələn Qreyves xəstəliyi və Haşimoto tireoiditi. Bunlar orqan toxumalarının xroniki iltihabı proseslərinə və dağılmasına səbəb olur.

"Bütün bu xəstəliklər diqqətli münasibət və vaxtında tibbi yardım tələb edir. Erkən diaqnostika və adekvat müalicə xəstənin proqnozunu və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər", - deyə ekspert dəqiqləşdirib.

Həkim bildirib ki, qalxanvari vəz xəstəlikləri zamanı sağlamlıq vəziyyətini pisləşdirə bilən bir neçə amil, məsələn, qalxanvari vəz hormonlarının istehsalı üçün lazım olan yod çatışmazlığı var.

"Yod çatışmazlığı hipotiroidizmə və ya qalxanvari vəzin böyüməsinə səbəb ola bilər. Bundan əlavə, düzgün olmayan qidalanma, vitamin və mineral çatışmazlığı qalxanvari vəzin fəaliyyətinə mənfi təsir göstərə bilər. Siqaret çəkmək də qalxanvari vəz patologiyalarında mənfi təsir göstərir, çünki hipertiroidizm simptomlarını ağırlaşdıra bilər. Əgər qalxanvari vəz xəstəliyi vaxtında diaqnoz edilməzsə və ya lazımi müalicə almazsa, bu, vəziyyətin pisləşməsinə səbəb ola bilər", - deyə İsayev yekunlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031