Azərbaycanda yeni nazirlik yaradılır
Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yeni nazirlik yaradılacaq.
Hazırda fəaliyyət göstərən bir sıra dövlət qurumları və müəssisələr yeni nazirlikdə birləşdiriləcək.
Həmin qurumların Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "AzerGold " Qapalı Səhmdar Cəmiyyəti olduğu bildirilir.
Yeni nazirliyin, eləcə də ona rəhbərlik edən şəxsin adının yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinə general-leytenant Şahin Bağırov, Dövlət Vergi Xidmətinə Orxan Nəzərli, “AzerGold” QSC-yə isə Zakir İbrahimov rəhbərlik edirlər.