bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Gizli şəkər mənbələri: Arıqlamağa mane olan qidalar

6-12-2024, 14:34 1 dəfə baxılıb



"Çoxları bilir ki, həddindən artıq şəkər qəbulu piylənmə, diabet və ürək-damar xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Lakin şəkər təkcə şirniyyatlarda deyil, həm də faydalı və ya neytral hesab etdiyimiz qidalarda da var".

Bu barədə rusiyalı diyetoloq Yelena Ustinova xəbərdarlıq edib.

O, bu məhsullardan bəzilərini sadalayıb. Onları təqdim edirik.

Makaron və yarma - gizli karbohidrat mənbələri

Yelena Ustinovanın sözlərinə görə, 100 qram makaron və ya yarmada 20-25 qram şəkər ola bilər.

"Məsələn, bir porsiya düyüdə (təxminən 200 q) 60 q karbohidrat olacaq. Beləliklə, bu məhsullar yüksək kalorilidir, ona görə də, xüsusilə arıqlamaq istəyən insanlar onların istehlakını nəzarətdə saxlamalıdırlar", - deyə diyetoloq izah edib.

Diqqətli olun, şirələr, xüsusilə qutuda olanları içmək məsləhət görülmür

Meyvə şirələri, xüsusilə lətli olanlar, 100 ml içkidə 15 qrama qədər şəkər ehtiva edə bilər. Diyetoloq artıq çəki ilə mübarizə aparanlara qutuda olan şirələri içməyi məsləhət görmür, çünki onlar adətən təbii C vitamini deyil, yalnız sintetik vitamin ehtiva edir.

Bal - faydalıdır, amma...

"Faydalı məhsul hesab olunmasına baxmayaraq, balı ehtiyatla qəbul etmək lazımdır. Axı 100 qram balda təxminən 100 qram şəkər var. Ona görə də, bal həvəskarları bu məhsulla ehtiyatlı olmalıdırlar", - deyə Yelena Ustinova xəbərdarlıq edir.

Şirniyyat - bədən quruluşuna açıq-aşkar təhlükə

Zefir, pastila, marmelad, marşmelou, kişmiş, xurma, əncir, qaysı qurusu, konfetlər və karamel - bütün bu məhsullar şəkərlə olduqca zəngindir. Onların bəzilərinin 100 qramında 95 qrama qədər karbohidrat ola bilər.

"Hətta 10 qram çəkisi olan bir karamel belə gündəlik şəkər qəbuluna əhəmiyyətli töhfə verir", - deyə diyetoloq qeyd edib.

Yelena Ustinova vurğulayıb ki, arıqlamada karbohidratların gündəlik norması təxminən 100 qramdır və yüksək şəkər tərkibli qidalar qəbul edərkən bu normanı aşmaq çox asandır.

"Buna görə də, qida rasionuna nəzarət etmək və onlardan sui-istifadədən çəkinmək vacibdir", - deyə mütəxəssis yekunlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031