bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - Rəsmi

7-12-2024, 16:40 0 dəfə baxılıb



1996-cı ildə tədavülə buraxılan və 2011-ci ildə istifadə müddəti bitərək tədavüldən çıxarılan dövlət özəlləşdirmə çeklərinin yenidən qiymətli kağız kimi tədavül vasitəsi olması, dövriyyəyə qaytarılması barədə heç bir yenilik yoxdur.

Bu barədə cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) bildirilib.

“Həmin çeklərin yenidən pul predmetinə çevrilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar yanlışdır”, - deyə Dövlət Xidmətindən vurğulanıb.

ƏMDX vətəndaşları dövlət özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı yayılan şayiələrə inanmamağa çağırır.

Qeyd edək ki, sosial şəbəkələrdə dövlət özəlləşdirmə çeklərinin əvəzində vətəndaşlara 20 min manat pul vəsaitinin veriləcəyini barədə məlumatları əks etdirən video yayılıb. Sözügedən videoda bir qrup insanın həmin vəsaiti almaq üçün Bakı İnzibati Məhkəməsinin ətrafına toplaşdığı əksini tapıb.

Dövlət özəlləşdirmə payları (çeklər) "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında" Azərbaycan Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb. Azərbaycan Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Bununla da dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirmiş və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031