Ekoməktəblər" layihəsinin icrasına başlanmışdır!
Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə Vlll qrant müsabiqəsinin fərdi kateqoriyasında qalib olmuş "Ekoməktəblər" layihəsinin açılış tədbiri keçirilmişdir.
Açılış tədbiri Masazır kənd 5 nömrəli tam orta məktəbdə baş tutmuşdur. Layihə rəhbəri Aynurə Rəhimova tədbir iştirakçılarına layihənin məqsəd və vəzifələri, icra planı və gözlənilən nəticələr haqqında ətraflı məlumat vermişdir,daha sonra məktəbin direktoru, direktor müavinləri, ekspert, müəllim və şagirdlər çıxış etmiş və layihəyə uğurlar arzulamışdır.
Hazırda layihə işini uğurla davam etdirir .Layihədə müəllimlər və şagirdlər üçün maarifləndirici təlimlər keçirilmiş və müəllimlərin,eləcə də şagirdlərin marağına səbəb olmuşdur.Həmçinin layihənin icra prosesinə uyğun olaraq şagirdlərin əl işlərindən ibarət "Eko " sərgi təşkil olunmuşdur.Bu sərgidə plastik materialların yenidən istifadə olunaraq dəyərləndirilməsi böyük maraqla qarşılanıb.
Layihə icra prosesinə uyğun olaraq işlərini davam etdirir.