bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiyaya qaçan Əsədin başı dərddə - Kreml milyardlarına göz dikib

14-12-2024, 20:44 0 dəfə baxılıb

Baas rejiminin 61 illik hakimiyyəti devrildikdən sonra Rusiyaya qaçan Bəşər Əsədlə bağlı yeni iddia irəli sürülüb. Belə ki, onun Rusiya vətəndaşı ola biləcəyi məlum olub.

1963-cü ildə Suriyada hakimiyyətə gələn Baas Partiyasının 61 illik qanlı hakimiyyəti, 2011-ci ildə xalqı zorakılıqla sıxışdırmaq cəhdləri nəticəsində başlayan vətəndaş müharibəsində paytaxt Dəməşqin rejimin nəzarətindən çıxarılması ilə süqut edib.

Əsədin ölkəsini tərk edərək Rusiyaya qaçdıqdan sonra başlayan sürgününün necə davam edəcəyi ilə bağlı Rusiyadan diqqətçəkən açıqlama gəlib. Rusiya Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev Əsədin Rusiya vətəndaşı ola biləcəyini açıqlayıb.

Digər tərəfdən, Əsədin yanında gəzdirdiyi milyardlarla dollar hesabına Donbass bölgəsinin yenidən qurulmasına yardım etməsi də mümkündür.

Qərb mətbuatında Moskvanın ən dəbdəbəli bölgələrindən birində 1,5 milyon manata ev aldığı və dəbdəbəli həyatını davam etdirdiyi iddia edilən Əsəd üçün rusiyalı deputat Dmitri Kuznetsovdan diqqətçəkən təklif gəlib.

Kuznetsov deyib ki, Əsəd rus xalqının xidmətində olduğunu sübut etməlidir:

“Əsədə Donbasda müharibədən zərər çəkmiş rayonlardan birinin administrasiyası verilə və ailəsi ilə birlikdə Mariupoldakı yeni binalardan birində məskunlaşa bilər. O, Emir Kusturitsanın Donbasda Dostoyevski haqqında film çəkməsinə də dəstək verə bilər”, - deyə Rusiya Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031