bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sülh sazişinin gizlədilən hissəsində nələr var? - Sensasion iddia

23-12-2024, 10:29 0 dəfə baxılıb

 

“Bakının Zəngəzur dəhlizi ilə bağlı tələbi də sülh sazişi sənədində var, sadəcə olaraq, bu haqda danışmırlar. Çünki Əliyev bu məsələnin həllinin cibində olduğunu hesab edir, ona görə də bunu qeyd etmir”.

Bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Prezident İlham Əliyevin Rusiya mediasına müsahibəsində sülh sazişinin detalları haqda fikirlərinə münasibət bildirərkən deyib.

Oskanyan iddia edir ki, Azərbaycan Zəngəzur dəhlizini özü nəzarətə götürəcək.

“Paşinyan dəhlizlə bağlı vəd verib və Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir. Ermənistan hakimiyyəyi dəhlizi “qırmızı xətt” adlandırsa da, reallıq fərqlidir. Bu, Paşinyanın “Qarabağ Ermənistandır” dedikdən sonra “Qarabağ Azərbaycandır” deməsini xatırladır”, - Oskanyan iddia edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində sülh sazişinin 17 maddədən ibarət olduğunu, 15 maddənin razılaşdırıldığını, 2 maddənin isə müzakirə edildiyini açıqlayıb. Bu maddələr bir-birinə qarşı beynəlxalq iddialardan imtina və sərhəddə üçüncü tərəflərə məxsus qüvvələrin yerləşdirilməməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031