bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ekspertlərin araşdırmasından sonra qəzanın səbəbi açıqlanacaq - Kəmaləddin Heydərov

26-12-2024, 12:03 1 dəfə baxılıb

 Təyyarə qəzası ilə bağlı Qazaxıstan tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb. Eyni zamanda Azərbaycanın Baş Prokurorluğunun və Dövlət Mülki Aviasiya Agentliyinin mütəxəssisləri hadisə yerində işləyirlər”.

Bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

“Təbii ki, ekspertlərin verdiyi qərardan sonra təyyarə qəzasının səbəbi ilə bağlı açıqlama veriləcək”, - deyə Kəmaləddin Heydərov bildirib.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və fövqəladə nallar naziri Kəmaləddin Heydərov Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxan və yaralanan Azərbaycan vətəndaşlarına baş çəkiblər. Nazirlər Qazaxıstan xəstəxanalarında müalicə alan yaralıların səhhəti ilə maraqlanıblar.

Azərbaycan rəsmiləri sərnişinlərdən təyyarədə yaranmış fövqəladə vəziyyət və qəzanın səbəbləri ilə bağlı suallar soruşub, onların ifadələrini dinləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031