bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Dün, 22:00 1 dəfə baxılıb

 "Azərbaycan Hava Yolları" QSC-nin Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış "Embraer 190" tipli sərnişin təyyarəsində həyatını itirmiş vətəndaşların banklarda və bank olmayan kredit təşkilatlarındakı kredit öhdəlikləri tam məbləğdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib.

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliklərinin birgə yaydığı açıqlamada bildirilir.

"Qəza nəticəsində ekipaj üzvlərinin və sərnişinlərin həlak olması, bütün xalqımız kimi, bank icmasını da dərindən sarsıtmış və hədsiz kədərləndirib. Faciəvi hadisə ilə əlaqədar olaraq, Azərbaycan Mərkəzi Bankının tövsiyəsi, ABA və AMFA-nın təşəbbüsü ilə kredit borcları silinib. Bütün dövrlərin sınaqlarında xalqımızın və ölkə rəhbərliyinin yanında olmuş kredit təşkilatları adından, ABA və AMFA olaraq, qəza nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, yaralılara isə şəfa diləyirik", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin (37-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan və üçü Qırğızıstan vətəndaşı), beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031