Təbrik edirik
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin Bakı şəhəri üzrə regional tikinti müfəttişliyinin rəis müavini, iqtisad üzrə fəlsəfə doktoru Eyniyev Mahir Tahir oğlu.
Eyniyev Mahir Tahir oğlu, 17 iyul 1982-ci ildə Cəlilabad rayonunda anadan olub.
1989-cu ildə Bakı şəhəri Yasamal rayonu 20 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1999-cu ildə həmin məktəbin 11-ci sinifini bitirib.
1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikintinin iqtisadiyyatı fakültəsini əyani şöbəsinə daxil olub. 2004-cü ildə həmin universitetin əyani şöbəsinin iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
2004-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin əyani şöbəsinin istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisasının magistr pilləsinə daxil olub. 2006-cı ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirb magistr dərəcəsi alıb.
2007-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantura şöbəsinə daxil olub, 2011-ci ildə İqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
30 elmi əsər və 1 monoqrafiya müəllifi, həmçinin “Şəhər infrasturukturunun inkişafı və onun idarə edilməsi” kitab dərsliyi müəllifidir.
Hal-hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət, Baş Dövlət Tikinti Müfəttişliyinin Bakı şəhəri üzrə rəis müavini vəzifəsində çalışır. Uğurlu nailiyyətlərinə görə Eyniyev Mahir Tahir oğlu, redaksiyamız tərəfindən Fəxri diplomla təltif olunur. Bu münasibətlə səmimi qəlbdən təbrik edir, işində və elmi fəaliyyətində uğurlar arzu edirik!!