bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanlı zabit Pentaqonda yüksək vəzifəyə təyin olunub - Video

6-12-2019, 11:45 155 dəfə baxılıb

Azərbaycanlı zabit Pentaqonda yüksək vəzifəyə təyin olunub - Video
Azərbaycanlı Pentaqonda yüksək vəzifəyə təyin olunub.
Bununla bağlı məlumatı diaspor üzrə ekspert Elnur Eltürk sosial şəbəkədə yayıb. O bildirib ki, ABŞ-da yaşayan həmyerlimiz, əslən Nehrəm kəndindən olan Nəimi Amiral ABŞ ordusunda yüksək vəzifəyə təyinat alıb.

Onun namizədliyi ABŞ Senatı tərəfindən 22 noyabr 2019-cu il tarixində təsdiq olunub.

Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrində xidmət edən “Con” ləqəbli komandir Nəimi Amiral Pentaqonda ABŞ Dəniz Qüvvələrinin Baş Ofisində Avropa və NATO Əlaqələri şöbəsinə rəhbərlik edəcək.

Nəini Amiral Nyu-York Dövlət Universitetinin iki magistr dərəcəsini iqtisadiyyat və siyasi əlaqələr üzrə bitirib.

2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb. 2005-ci ildə ABŞ zabit məktəbini bitirərək Amerika prezidenti Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30