bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI

26-04-2019, 19:39 162 dəfə baxılıb

Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI



20 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən BEŞ az verilən məlumata görə, sabahdan 22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.

Dəyişiklik Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib. Qeyd edilən tarixdən bu xətt üzrə avtobuslar alternativ olaraq, X.Xasməmmədov və L.Məmmədbəyli küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30