bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dəyərli ziyalı, tədqiqatçı jurnalist Hacı Tofiq Seyidzadə - 80

31-01-2020, 17:00 565 dəfə baxılıb

Dəyərli ziyalı, tədqiqatçı jurnalist Hacı Tofiq Seyidzadə - 80
Bu dəyərli ziyalının həyat vərəqəsini vərəqləyərkən aydın olur ki, o, 95-ci kitabın müəllifidir.
Xatırladım ki, o, 1940-ci ildə Sədərək kəndində dünyaya göz açıb. Orta Sədərək kənd məktəbini 1960-cı ildə bitirərək, M.F.Axundov adma Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Bu fakültədə 1964-cü ilədək oxuyaraq, ordu sıralarma çağrılıb. Ordu sıralarında o, dəyərli qələm sahibi kimi fəaliyyət göstərib. SSRİ Jurnalistlər Birliyinin üzvü olub və iki kitab rus dilində çap etdirib: “Azərbaycan oğulları vətənə layiqli xidmət edir”, “A.P.Terexov anadangəlmə şairdir”. Bu kitablar Sverlovski şəhərindəki nəşriyyatda çap olunub. 1967-ci ildə doğma Bakıya dönərək yarımçıq qalmış ali təhsilini davam etdirib və 1969-cu ildə İnstitutu əla qiymətlərlə bitirərək aspiranturaya qəbul olunub. Daha sonra o, Şərur RXŞ-nin tələbi ilə Sədərək kənd orta məktəbinə rus dili müəllimi təyin edilib. 35 il pedaqoji fəaliyyəti ərzində Sədərək kənd məktəbinə yeniliklər gətirib. 1983-cü ildə Hacı Tofiq Seyidzadə Marksizm-lellizm üniversitetini bitirib. Ayda bir də divar qəzeti buraxmaq, bütün atributlara aid fotobülleten hazırlayıb. Şagirdləri məqalə yazmağa öyrədib. Görkəmli şair və yazıçıların yubileylərini təşkil edib. Bu illər ərzində o, Azərbaycan və Naxçıvan Maarif Nazirlilərinin Fəxri Fərmanları ilə, Nax.MSSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib. MR-da ilk dəfə olaraq o, Azərbaycan Maarif Nazirinin qərarı ilə “Baş müəllim” və “Metodist müəllim” adma layiq görülüb.
Daha sonra Hacı Tofiq Seyidzadə 2003-cü ildə 35 illik pedaqoji fəaliyyətini dayandırararq Bakı şəhərinə köçür və həmən ildən “Azad Azərbaycan” qəzetində bu günədək çalışır. Bir dəyərli ziyalı, pedaqoq kimi onun şagirdlərindən 7 professor, 30 elmlər namizədi cərgəmizdədir. 2011-ci ildə 38 kitab müəllifi Hacı Tofiq Seyidzadə Türkiyə Uluslararası Akademiyasının “Fəxri professor”u adma layiq görülüb. Bir dəyərli qələm sahibi kimi bu günədək onun müxtəlif qəzetlərdə (75) üç minədək elmi, publisist, tarixi məqalələri dərc işıq üzü görüb.
30 mart 2019-cu ildə Sanqaçalda əsgərlər qarşısında şəhid Şahin Əsgərov kitabını əsgərlərə təqdimm etdikdən sonra ona “İnsanşünaslıq üzrə Akademik” adı verilib. Bu gündə yorulmaz tədqiqatçı jurnalist 75 qəzet və jurnallarda məqalələri ilə çıxış edib. 2008-ci ildə AMEA-nın Tarix instiytunun Baş elmi işçisi, 20 ildən çoxdurki Azad Azərbaycan qəzetinin şöbə müdiridir. Bizdə qəzetimizin əməkdaşları adından bu nurani ağsaqallı, müharibə veteranı, Hacı Tofiq Seyidzadəni 80 yaşı münassibəti ilə təbrik ediirk.
Bir dəyərli qələm sahibi kimi 15 iyun 2015-ci ildə Respublika prezidentinin sərəncamı ilə mətbuatın 140 illiyi münasibəti ilə “Tərəqqi” medalına layiq görülüb.
BVM iştirakçılarına həsr olunmuş 30-dan çox kitabı işıq üzü görüb. Ona görə də qələbənin 25, 50, 60-65, 70 illiyi yubiley medalları ilə təltif olunub. 27 dekabr 2017-ci ildə Moskvada kitablar sərgisində qazandığı uğurlara görə “M.F.Lomonosovun” 300 illik yubiley medalı ilə təltif olunub və Moskva Yazıçılar İttifaqının üzvü seçilib. Bir dəyərli ziyalı kimi onun gənclərə, qələm sahiblərinə daim köməyi dəyir.
Xeyirxah bir Hacı kimi hər kəsə öz əlindən gələn köməyi əsirgəmir. Bu günlərdə onun 3 noyabr 2018-ci ildə Yasamal rayon Mərkəzləşmiş Kitabxanasında oxucularla görüşü keçirilib. Burada onu tanyanlar, qələm dostları, alimlər, kitabsevənlər çıxış edərək yazdığı kitablardan söhbət açmış və sonda o, YUNESKO-nun Fəxri diplomu ilə təltif edilib.
2019-cu ildə dekabr ayında Hacı Tofiq Seyidzadə Azərbaycan Mədəniyyət naziri tərəfindən Mədəniyyət işçiləri haqqında yazdığı kitablara görə 500 manat pul mükafatı və diplomla təltif olunmuşdur.
Onu da xatırladaq ki, Hacı Tofiq Seyidzadə 2000-ci ildə AJB-nin, 2004-cü ildə AYB-nin üzvüdür. 2005-ci ildə o, Həcc ziyarətində olub.

Səadət İBRAHİMOVA
“Ziyalı” qəzetinin baş redaktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30