Zelenski Ərdoğanla Azərbaycan qazının Ukraynaya tədarükünü müzakirə edib
Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlarının detallarını açıqlayıb.
RİA Novosti xəbər verir ki, president V.Zelenski bildirib ki, enerji mənbələrinin şaxələndirilməsi məsələsi Ukrayna üçün vacibdir: “Biz Xəzər qazının TANAP boru kəməri (Trans-Anadolu) ilə Ukraynaya uyğun bağlayıcılar vasitəsilə nəqlinin mümkünlüyünü müzakirə etdik”.
Zelinski əlavə edib ki, görüş zamanı Türkiyə prezidentilə Xəzər yataqlarından çıxan Azərbaycan qazının Ukraynaya tədarükü ilə bağlı müzakirələr aparılıb.
İki ölkənin liderləri, həmçinin Kiyev və İstanbul arasında ikitərəfli ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq, həmçinin azad ticarət zonasının yaradılması ilə bağlı danışıqları sürətləndirmək niyyətində olduqlarını bildiriblər.(apa)