bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Putin Ərdoğanı Krıma dəvət etdi, rədd cavabı almadı... - Lavrov

5-02-2020, 11:12 125 dəfə baxılıb

Putin Ərdoğanı Krıma dəvət etdi, rədd cavabı almadı... - Lavrov
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krıma səfərə dəvət edilib və o, rədd cavabı verməyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib.

Türkiyənin Krımla bağlı mövqeyini bildiklərini deyən Lavrov Ərdoğanın yarımadada baş verənləri özünün görməsinin lazım olduğunu söyləyib:

"Türkiyənin Krım tatarları ilə bağlı mövqeyində yeni heç bir şey dilə gətirilməyib. Ərdoğan Putinlə mütəmadi görüşlərdə də eyni münasibəti sərgiləyir. Türkiyənin bu fikirini bilirik. Düşünürük ki, Krımda baş verənləri kənardan yox, öz gözləri ilə görməlidir".

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan Krımın anneksiyasını heç vaxt tanımayacaqlarını bildirmiş və Krım tatarlarının taleyindən narahatlığını bir daha dilə gətirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728