bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Şəhid xanımı Sabunçu İcra Hakimiyyətinin yalanını üzə çıxartdı: - AÇIQLAMA+FOTOLAR

29-04-2020, 11:23 167 dəfə baxılıb

Şəhid xanımı Sabunçu İcra Hakimiyyətinin yalanını üzə çıxartdı: - AÇIQLAMA+FOTOLAR
Sabunçu Rayon İcra Hakimiyyəti şəhid xanımı Safura Şərbətovanın şikayəti ilə bağlı məlumat açıqlayıb. AFN xəbər verir ki, bu barədə Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib ki, Safura Şərbətovanın və digər şəhid ailələrinin problemləri daim diqqətdə olub: "Belə ki, sosial şəbəkələrdə Zabrat qəsəbəsində yaşayan Şərbətova Safura Əmiraslan qızı ilə bağlı gedən məlumatlar Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılıb. S.Şərbətovanın dediyinə görə o, Nizami rayonu ərazisində yerləşən mənzilini satıb, övladları ilə birgə Zabrat qəsəbəsinə köçüb, burada qeydiyyatsız yaşayırlar. S.Şərbətovanın özü 2013-cü ilin dekabr ayında Sabunçu RPİ-nin inzibati binasında pasport qeydiyyatına alınıb. Safura Şərbətova dəfələrlə Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olub və ona müraciət etdiyi müxtəlif məsələlərlə bağli köməkliklər göstərilib. Belə ki, Sabunçu rayon İcra Hakimiyyəti başıçısının sərəncamına əsasən S.Şərbətova şəhid ailəsi kimi 04.03.2014-ci il tarixində mənzil növbəsinə götürülüb, onun yaşadığı mənzilin təmiri ilə bağlı İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət olunub. Həmçinin, növbədən kənar (yaşayış şəraitini nəzərə alaraq) mənzillə təmin olunması ilə bağlı 2019-cu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət edilib".

Sabunçu RİH-in mövqeyi saytlarda dərc edildikdən sonra S.Şərbətova AFN-ə müraciət edərək qurumun yalan danışdığını bildirdi. O, Sabunçu RİH-in heç nə etməyə-etməyə bu cür yalan açıqlama verməsindən təəssüfləndiyini deyib: "Bəlkə də qorxularından deyiblər ki, etmişik. Amma bu, əməlli-başlı şər-böhtandır. İllərlə hər həftənin 5-ci günü qəbula getmişəm, amma heç bir reaksiya olmayıb. Keşlədə yaşamışıq, amma nə özümün, nə şəhid yoldaşımın adına heç bir daşınmaz əmlak olmayıb. Çəkilişlər də olub mənim evimdə, mediada işıqlandırılb vəziyyətim. Sabunçu RİH-dən heç bir hərəkət olmayıb. Ümumiyyətlə, bizə dövlətdən hər hansı yardım edilməyib. Biz o qədər pis adam olduq ki, ediləni dandıq? Hazırda bizə könüllü olaraq kömək edən, evimizi təmir edən insanların Allah köməyi olsun".

S.Şərbətovanın hazırda yaşadığı mənzilin fotolarını təqdim edirik:

Şəhid xanımı Sabunçu İcra Hakimiyyətinin yalanını üzə çıxartdı: - AÇIQLAMA+FOTOLAR
Şəhid xanımı Sabunçu İcra Hakimiyyətinin yalanını üzə çıxartdı: - AÇIQLAMA+FOTOLAR
Şəhid xanımı Sabunçu İcra Hakimiyyətinin yalanını üzə çıxartdı: - AÇIQLAMA+FOTOLAR
Şəhid xanımı Sabunçu İcra Hakimiyyətinin yalanını üzə çıxartdı: - AÇIQLAMA+FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930