bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib - YENİLƏNİB

30-07-2020, 22:43 1 371 dəfə baxılıb

“Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib - YENİLƏNİB
İyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verib ki, bu şəbəkə tərəfindən 21353 əhali, 1806 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 23159 abonentə xidmət göstərilir. Rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə Katex kəndindəki 110/6 kV-luq “Qafqaz” yarımstansiyasında əsaslı yenidənqurma işləri aparılıb, 35/6 kV-luq “Kortala” yarımstansiyası tikilib, 35 kV-luq “Kortala” hava xətti çəkilib. Rayon ərazisində köhnə tipli 36 komplekt transformator məntəqələri müasirləri ilə əvəz olunub, yeni hava və kabel xətləri çəkilib və 1872 müxtəlif gərginlikli dayaq quraşdırılıb. 6 kəndin açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılıb.

Bildirilib ki, Ağıllı Şəbəkələr konsepsiyasına uyğun olaraq Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi yaradılıb və xüsusi proqram təminatı vasitəsilə elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real-vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması barədə sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Mərkəz, həmçinin yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsində, sərfiyyat göstəricilərinin monitorinqinin aparılmasında, elektrik şəbəkələrində açılma və qoşulmaların real-vaxt rejimində qeydiyyatında xüsusi rol oynayacaq.

Qeyd edilib ki, görülmüş tədbirlər və qoyulmuş investisiyalar nəticəsində Balakən elektrik şəbəkəsində itkilər 5,2 faiz azalıb, 10,0 milyon kvtsaat elektrik enerjisinə qənaət olunub. Faydalı elektrik enerjisinə görə yığım göstəriciləri 87 faizə çatdırılıb.

Sonra Prezident İlham Əliyev şəhərin kommunal təsərrüfatı üçün alınan texnikaya baxıb.

Bildirilib ki, bu məqsədlə Gəncə avtomobil zavodunun istehsalı olan iki traktor, bir traktor qoşqusu və küçə süpürən texnika Balakənə gətirilib.

29 iyul, 15:16

İyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930