Qaradağ rayonunda 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib
26 avqust 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyi ilə rayonda 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov müşavirəni açaraq bildirib ki, hər il rayonda payız-qış mövsümünə hazırlıq məsələləri diqqətdə saxlanılır.
Müşavirdə müəssisə və təşkilatların qışa hazırlığı müzakirə olunub, mövcud olan problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib və bildirilib ki, qarşıdan gələn 2020-2021-ci illərin payız-qış mövsümünü uğurla başa vurmaq və əhalinin qış aylarında rahatlığının təmin olunması üçün bütün imkanlar səfərbər olunacaqdır.
Qış mövsümünə hazırlıqla bağlı rayonda elektrik enerjisi, təbii qaz, içməli su və istilik təminatı sahələrində müvafiq işlər görüldüyü qeyd olunub.
Müşavirədə xüsusi ilə vurğulanıb ki, "Ulu Öndərin yolunu uğurla davam etdirən dövlət Başçısı cənab İlham Əliyevin qayğısı ilə ölkəmizdə ümumi inkişafın əsas göstəriciləri olan əhali rifahı, ərzaq, enerji və müdafiə təhlükəsizliyi tam təmin olunmuşdur. İstilik sistemlərinin yenilənməsi, yaşayış məntəqələrində aparılan quruculuq işləri, müasir təhsil, səhiyyə və nəqliyyat infrastrukturunun yaradılması, çəkilən yeni yollar və mövcud şərait payız-qış mövsümündə müşahidə olunan problemləri aradan qaldırmışdır. Respublikamızda elektrik enerjisinə və qaza olan gündəlik tələbat tam ödənilir. Lakin ölkəmizdə məskunlaşmanın ilbəil artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsi elektrik enerjisinə və təbii qaza olan tələbatı da ilbəil artırır.
Hər il payız-qış mövsümünə hazırlıqla bağlı müşavirənin keçirilməsi, xüsusilə qabaqlayıcı tədbirlərin görülməsi də əhali rahatlığının təmin olunmasına xidmət edir. Ona görə də 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq məsələsi diqqətdə saxlanılmalı, aid strukturlar tərəfindən zəruri tədbirlər görülməlidir".
Geniş müzakirələrdən sonra “Qaradağ rayonunun təsərrüfat və kommunal xidməti sahələrinin 2020-2021-ci illərin payız-qış mövsümünə mütəşəkkil hazırlığı ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir.