Təbrik edirik!
Cəmilə Sabir qızı Əmrəhova 25 mart 1977-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə 23 nömrəli orta məktəbinə daxil olmuş və 1993-cü ildə həmin məktəbi bitirmişdir. 1993-cü ildə Xəzər Universitetinə daxil olub və 2001-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir.
2001-ci ildə 2 saylı Kliniki Psixiatriya Xəstəxanasına həkim-interna vəzifəsinə qəbul olunub. 2002-ci ildə internatura müddəti bitdiyinə görə azad olunmuş və həkim-psixiatr ixtisasına yiyələnib. 2002-2005-ci illərdə Bakı şəhər 1 saylı Şəhər Klinik Xəstəxanasının psixo-somatika şöbəsində həkim psixiatr vəzifəsində çalışıb. 2005-2010-cu il tarixlərində Kliniki Tibbi Mərkəzin psixo-somatika şöbəsində həkim-psixiatr vəzifəsində çalışıb. 2010-2011-ci il tarixlərində Bakı şəhəri Ruhi Əsəb Xəstəlikləri Dispanserində həkim-psixiatr vəzifəsində çalışıb.
2011-ci ildən 2014-cü ilədək Bakı şəhəri 2 saylı Kliniki Psixiatriya Xəstəxanasında həkim-psixiatr vəzifəsində çalışıb. 2014-cü ildən bu günə kimi 2 saylı Kliniki Psixiatriya Xəstəxanasında baş həkim vəzifəsində çalışır.
Bu günlərdə Cəmilə xanım redaksiyamız tərəfindən səhiyyə sahəsindəki uğurlu fəaliyyətinə görə "Şərəf"media mükafatına layiq görülmüşdür. Bu münasibətlə Cəmilə Əmrəhovanı təbrik edir, ona işlərində yeni-yeni nailiyyətlər arzu edirik.